Elmira Süleymanovanın maaşı qaldırılır

Elmira Süleymanovanın maaşı qaldırılır

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin maaşı qaldırılır. SİA-nın məlumatına görə, bununla bağlı parlamentin bugünkü iclasında "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstititusiya qanununa dəyişiklik müzakirə edilib. Dəyişikliyə əsasən, Ombudsmanın maaşı 1800 manatdan 2025 manata qaldırılır.

Qeyd edək ki, dəyişiklik 1 dekabr 2013-cü ildən tətbiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə