“Circle Diplomatique”da III Bakı Beynəlxalq Humanitar Forumuna həsr olunmuş məqalə dərc edilib
Avstriyada nəşr olunan və əsasən diplomatik korpusun, hökumət qurumlarının və iqtisadi dairələrin abunə olduğu "Diplomatique Cercle" jurnalının növbəti nömrəsində III Bakı Beynəlxalq Humanitar Forumu ilə bağlı məqalə dərc edilib.
Məqalənin əvvəlində qeyd edilir ki, "Circle Diplomatique" jurnalı artıq növbəti dəfə Bakı Beynəlxalq Humanitar Forumunda iştirak üçün dəvət alıb və jurnalın bu tədbirdə iştirak etmiş əməkdaşı Bakıdan xoş təəssüratlarla ayrılıb.
Müəllif yazır ki, Bakı Beynəlxalq Humanitar Forumu artıq humanitar əməkdaşlıq üzrə mühüm mövzuların müzakirə edildiyi nüfuzlu platformaya çevrilib. Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü əsasında hər il keçirilən Forumda bir çox ölkələrin yüksək səviyyəli dövlət rəsmiləri, tanınmış ictimai-siyasi xadimlər, sabiq dövlət başçıları, Nobel mükafatı laureatları və başqaları iştirak edirlər. Forumun "dəyirmi masa"larında iqtisadiyyat, siyasət, humanitar məsələlər, elm və təhsil, media və s. mövzularda aktual problemlərlə bağlı maraqlı müzakirələr aparılır.
Məqalədə Azərbaycan Prezidenti ilham Əliyevin Forumun açılışında söylədiyi nitqindən əsas fikirlər oxucuların diqqətinə çatdırılır.
Yazıda, həmçinin III Bakı Beynəlxalq Humanitar Forumu ilə bağlı çoxlu sayda foto da yer almışdır. Sonda müəllif Forumun yüksək səviyyədə təşkilinə, Bakıdakı maraqlı və gözəl günlərə görə təşkilat komitəsini təbrik edir və təşəkkürünü bildirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB