Ədliyyə naziri İmişlidə vətəndaşları qəbul edib FOTOLAR

Ədliyyə naziri İmişlidə vətəndaşları qəbul edib FOTOLAR

Ədliyyə naziri Fikrət Məmmədov İmişlidə vətəndaşları qəbul edib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Fikrət Məmmədov Beyləqan, Biləsuvar, İmişli, Saatlı ,Füzuli, Xocavənd və Cəbrayıl rayonundan olan vətəndaşları qəbul edib.

Gün ərzində keçən qəbul zamanı vətəndaşların ədliyyə orqanlarının, o cümlədən notariat, qeydiyyat, məhkəmə qərarlarının icrası, habelə məhkəmələrin fəaliyyəti ilə baglı müraciətləri dinlənilib qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilib. Digər müraciətlərlə baglı Ədliyyə Nazirliyinin aidiyyəti məsul işçilərinə tapşırıqlar verilib. Ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərə də baxılıb, araşdırılması üçün aidiyyəti qurumları göndərilməsi təmin edilib.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə