Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Lotereyalar haqqında" Azərbaycan Respublikası Qanununa və öz Əsasnaməsinə müvafiq olaraq lotereyaların təşkili və keçirilməsi sahəsində münasibətlərin dövlət tənzimlənməsini həyata keçirən icra hakimiyyəti orqanı olaraq bu istiqamətdə mütəmadi nəzarət tədbirlərini davam etdirir. QKDK tərəfindən keçirilən nəzarət tədbirləri nəticəsində "İrşad-İ.R." MMC tərəfindən "Möhtəşəm kredit kompaniyasının iştirakçısı ol və Kubaya səyahət qazan" adlı stimullaşdırıcı lotereyanın keçirilməsinə hüquq əldə edilmədən başlanılması aşkar edilib və keçirilən lotereyanın dayandırılması barəsində göstəriş verilib.
Qurumdan SİA-ya verilən xəbərə görə, QKDK "İrşad Telecom" Ticarət şəbəkələrində keçirilən lotereyanın qeyri-qanuni olduğunu bildirir və vətəndaşları bu lotereyada iştirak ilə bağlı diqqətli olmağa dəvət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB