“Gəncə Avropa Gənclər Paytaxtı - 2016” layihəsinin təqdimat mərasimi keçirilib FOTO

“Gəncə Avropa Gənclər Paytaxtı - 2016” layihəsinin təqdimat mərasimi keçirilib FOTO

Gəncədə "Gəncə Avropa Gənclər Paytaxtı - 2016" layihəsinin təqdimat mərasimi keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, tədbirdə Gənclər və idman naziri Azad Rəhimov, Təhsil naziri Mikayıl Cabbarov, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, millət vəkilləri Asəf Hacıyev və Musa Quliyev iştirak ediblər.

Təqdimatda Gəncənin "Avropa Gənclər Paytaxtı - 2016" müsabiqəsinə qoşularkən həyata keçirilən fəaliyyətlər və bundan sonra şəhərdə görülən işlər barədə məlumat verilib.

Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Gəncənin bu uğuru təsadüfi olmamaqla yanaşı ölkədə uğurlu gənclər siyasətinin həyata keçirildiyini sübut edir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə