“Silinən tarix”

Abidələrimizin qorunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Silinən tarix" foto müsabiqə keçirilib. Fondun mətbuat xidmətindən SİA-ya verilən xəəbər görə, 25 sentyabr tarixindən start götürən layihə 3 ay davam edib. Layihənin yekunları, layihəyə təqdim olunan fotolardan ibarət kataloqun təqdimatı və qaliblərin mükafatlandırılmasına həsr edilib yekun tədbir 25 dekabr tarixində baş tutub.

5 nəfərdən ibarət jurinin qiymətləndirməsinə əsasən Günel Məmmədova və Tofiq Şirinov - III, Zəka Babazadə - II yeri tutub. Müsabiqənin qalibi isə Rüstəm Əliverdiyev seçilib. Ümumilikdə isə təqdim olunan 43 işdən layihənin tələblərinə cavab verən 15 gəncin fotoları şeçilərək kataloq şəklində dərc olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə