"Hər bir əqli mülkiyyət sahibinin hüquqları qorunmalıdır"

"Hər bir əqli mülkiyyət sahibinin hüquqları qorunmalıdır"

"Virtual məkanda əqli mülkiyyət hüquqlarının qorunması hər kəsi narahat edən, maraqlandıran məsələdir. Bu gün XXI əsrin ikinci onilliyində keyfiyyət baxımından tamamilə fərqli bir mərhələyə daxil olmuşuq. Bu mərhələ gerçək dünyamızdan başqa bir aləmə, virtual aləmə daxil olduğumuz bir zamandır". SİA-nın məlumatına görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib.

Onun sözlərinə görə, uzun müddətdir ki, dünya alimləri yaranmış mövcud olan gerçək məkanlardan fərqli bir məkanın yaranacağını və insanların o məkanda öz varlıqlarını davam etdirəcəyini bildiriblər: "Bu məkanlar içərisində təhlükəsizlik, mədəniyyət, hüquq, informasiya və ən nəhayət, başqa məkan - virtual məkan formalaşır. XXI əsrdə informasiyalı cəmiyyətdə insan hüquqlarından danışarkən ilk növbədə virtual aləmdə olan insan hüquqlarından danışılmalıdır. İnformasiyalı cəmiyyət özü ilə bərabər dördüncü nəsil hüquqları gətirib. Bu hüquqların necə olması və onun gələcəkdə necə gerçəkləşməsi çox önəmlidir. Əqli mülkiyyət hüququ hər bir əqli mülkiyyət sahibinin hüquqlarıdır və bu da qorunmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə