"Qadınları da sahibkarlığa cəlb etmək lazımdır. Hər rayonda müəyyən sayda qadın sahibkar olmalıdır. Yalnız belə olan halda hansısa fəaliyyət nəticəsində nailiyyətlərə şahid olacağıq". SİA-nın məlumatına görə, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün keçirilən hesabat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün təsərrüfatla məşğul olmaq istəyən qadınlarımız çox azdır: "Əslində, kənd yerində hər bir qadın təsərrüfat işləri ilə məşğul olaraq ailəsini dolandıra bilər. Lakin rayonlarda 30-35 yaşında qadınlara işləməyi təklif etdikdə, xəstə olduqlarını bəhanə gətirirlər. Bəzi insanların düşüncəsində belə bir fikir formalaşıb ki, hamı mənə borcludur. Amma heç bir dünya ölkəsində bu cür düşüncə tərzi yoxdur. Ən böyük problem isə bundadır ki, bəzi rayonlarda qadınlar nə özləri oxuyur, nə də övladlarının oxumağına icazə verirlər. 10 ildən sonra Azərbaycanda bu sahə ilə bağlı böyük boşluq əmələ gələcək. Ona görə ki, oxumayan qadınlar övladlarını da oxumağa qoymurlar. Bəzi rayonlarda qadınlar yazmağı oxumağı bacarmırlar. Bəziləri, hətta öz adlarını belə yaza bilmirlər. Bu, mühüm problemdir. Onun həlli istiqamətində Təhsil Nazirliyi ilə birgə tədbirlər görülməli, onlar üçün maarifləndirici tədbir və treninqlər keçirilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB