YAP Nizami rayon təşkilatında 250-dən artıq aztəminatlı ailəyə bayram sovqatı paylanıb FOTO

Sədaqət Vəliyeva: "Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsas məzmununu xalqımızın milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, Vətənə bağlılıq, azərbaycançılıq duyğuları və ideyaları təşkil edir"
YAP Nizami rayon təşkilatında 250-dən artıq aztəminatlı ailəyə bayram sovqatı paylanıb FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.

Təşkilatın sədri, millət vəkili Sədaqət Vəliyeva rayon sakinlərilə görüşüb və onları qarşıdan gələn bayramlarla əlaqədar təbrik edib.

Deputat 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixindən və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşdirilməsi istiqamətində xidmətlərindən danışıb.

O qeyd edib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsas məzmununu xalqımızın milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, Vətənə bağlılıq, azərbaycançılıq duyğuları və ideyaları təşkil edir.

Rayon sakinləri də öz növbəsində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, hər zaman dövlətimizin başçısını dəstəklədiklərini dilə gətiriblər.

Tədbirdən sonra 250-dən artıq aztəminatlı ailəyə bayram sovqatı paylanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə