Uşaq və gənclər üçün ensiklopediya kitabının 2 cildi nəşr edilib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi tə­rəfindən "Azər­baycan İncəsənəti - uşaq və gənclər üçün ensiklopedik məlumat ki­tabı"nın ingilis dili versiyasının 2 - cildi nəşr olunub. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, kitabın ingilis dilində nəşr edil­məsin­də məqsəd Azərbaycanda və xaricdə yaşayan soydaş uşaq və gənc­lərimizin zəngin Azər­baycan incəsənəti barədə maarifləndirilməsi, xaricdə Azərbaycan mədəniyyətinin təbliğ olun­masına tövhə verilməsi, xaricdə yaşayan soydaş uşaq və gənclər arsında vətənpərvərlik tər­biyyəsinin gücləndirilməsi, xaricdə Azərbaycan və Azərbaycan mədəniyyəti haqqında İnfor­masiya çatışmazlığının aradan qaldırılmasına tövhə verilməsidir.

Xatırladaq ki, 2010-2011- ci illərdə kitabın Azərbaycan dilində 3 cildi çap olunub. Ötən il kitabın ingilis dili versiyasının 1 ci cildi işıq üzü görüb.

Qeyd edək ki, kitabın məsləhətçisi akademik Ömər Eldarov, redaksiya heyətinin rəhbəri əməkdar in­cəsənət xadimi Ziyadxan Əliyevdir. Kitab İngilis dilinə Səadət İbra­himova tərəfindən tərcümə edilib. Kitabın ingilis dili redaktoru İan Peart- dir.

Bütün xəbərlər Facebook səhifəmizdə