Lənkəranda bayram yarmarkası FOTOLAR

Lənkəranda bayram yarmarkası FOTOLAR

Dekabrın 25-də saat 09:00-dan başlayaraq Lənkəran Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə Yeni il bayramı ərəfəsində kənd təsərrüfatı və yeyinti məhsullarının satış yarmarkası keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, satış yarmarkasının keçirilməsində əsas məqsəd bayramqabağı bazarlarda süni qiymət artımının qarşısını almaq və əhalinin çoxçeşidli ərzaq məhsullarına olan tələbatını ödəməkdir. Yarmarkada səliqə-səhman, fermerlərə və digər satıcılara, eləcə də bazarlıq etməyə gələn rayon sakinlərinə əlverişli şərait yaradılıb. ŞİH tərəfindən yaradılmış işçi qrupunun nəzarət etdiyi yarmarkada məhsullar bazara nisbətən 25-30 faiz ucuz olub.

Bayram yarmarkasında Bakı şəhərindən və respublikanın ayrı-ayrı rayonlarından 17, rayonda fəaliyyət göstərən 15 istehsal müəssisəsi və satış firması iştirak edib. Yarmarkaya ümumilikdə 426 ton ərzaq və yeyinti məhsulları çıxarılıb.

Yarmarka axşam saatlarınadək davam edəcək.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə