AMEA-nın institut və təşkilatlarında İKT üzrə struktur bölmələri yaradılacaq
AMEA-nın bugünkü iclasında Azərbaycanda 2013-cü ilin İKT ili elan edilməsi ilə bağlı tədbirlər planı üzrə Akademiyanın fəaliyyət planının icrasına baxılıb. SİA-nın məlumatına görə, bu istiqamətdə işlərin hesabatı AMEA-nın akademik-katibi, akademiyanın müxbir üzvü Rasim Əliquliyev tərəfindən təqdim olunub. Qərara alınıb ki, Akademiyanın institut və təşkilatlarında İKT üzrə struktur bölmələri yaradılsın.
İclasda, həmçinin Dilçilik İnstitutunun rəhbərliyində dəyişikliklərin edilməsi məsələsinə də baxılıb. Belə ki, filologiya üzrə elmlər doktoru, professor Fəxrəddin Veysəllinin direktor vəzifəsinin icrası səlahiyyətləri dayandırıb. Elmi işlər üzrə direktor müavini Məsud Mahmudov isə vəzifəsindən azad edilib. Akademiyanın elmi müəssisə və təşkilatlarında direktor seçkiləri keçirilənədək instituta müvəqqəti rəhbərlik AMEA-nın müxbir üzvü Tofiq Hacıyeva həvalə olunub. Filologiya üzrə elmlər doktoru Məhəbbət Mirzəliyeva isə müəssisənin elmi işlər üzrə direktor müavini təyin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB