Filologiya üzrə elmlər doktoru Fəxrəddin Veysəlli AMEA Dilçilik İnstitutunun direktoru vəzifəsinin icrası səlahiyyətlərini dayandırıb. SİA-nın məlumatına görə, bu məsələyə AMEA-nın bu gün keçirilən Rəyasət Heyətinin iclasında baxılacaq.
İclasın gündəliyinə salınan məsələlər sırasında yer alan müzakirə mövzularında biri də məhz budur. İnstituta yeni direktor vəzifəsinə isə AMEA-nın müxbir üzvü Tofiq Hacıyev təyin olunacaq.
Qeyd edək ki, bugünkü iclasda həmçinin AMEA Dilçilik İnstitutunun direktor müavini Məsud Mahmudovun da vəzifəsindən azad edilməsi məsələsi müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB