"Sağlam Düşüncə" Gənclər Təşkilatı Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyasının birlikdə "Tütünə yox!" Sağlam Həyat tərzinin təbliği kampaniyası çərçivəsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda "Tütünlə mübarizə üzrə III Milli Konfrans" keçirilib. ARGTMŞ-ın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili Aparatının nümayəndəsi Müqalib Mahmudov, Narkotiklərə qarşı milli təbliğat ofisin rəhbər müavini Leyla Yolçuyeva, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Ramin Cəfərov, gənclər təşkilatlarının nümayəndləri və digərləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan "Sağlam Düşüncə Gənclər Təşkilatı"nın sədri Ramiz Əliyev bu sahədə gənclərin aktivliyinin artırılması istiqamətində görülən işlərdən danışıb.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə bu sahədə maarifləndirmə işinin vacibliyini qeyd edib və sağlam həyat tərzinin təbliği istiqamətində görülən işin daim dəstəklədiyini bildirib.
Daha sonra Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyasının prezidenti Nurlan Əliyev 2013-cü ilə qədər Tütünlə mübarizə sahəsində görülən işlər barəsində məlumat verib. İstimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov Azərbaycan Tütünlə Mübarizə Koalisiyasının işi çərçivəsində "Azərbaycan Respublikasının 2011-2015-ci illər üçün Tütünlə Mübarizə üzrə Milli Strategiyası" və "Siqaretçəkmənin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanun Layihəsi haqqında məlumatı iştirakçıların diqqətinə çatdırıb.
Tədbirin davamında çıxış edənlər tütünün insan sağlamlığına ziyanı, bunun qarşısının alınması yolları barədə çıxışlar edib və mövzu ətrafında müzakirələr aparıblar. Konfransın nəticəsi olaraq tütünlə mübarizə üzrə istiqamətlərin müəyyənləşdiriləsi və maarifləndirilməsi istiqamətində maraqlı tərəflərin əməkdaşlığını gücləndirilməsi təklif olunub.
Qeyd edək ki, "Sağlam Düşüncə" Gənclər Təşkilatı artıq 2009-cu ildə "TÜTÜNƏ YOX!" Kampaniyasına start verib. Kampaniya çərçivəsində siqaret çəkmənin zərərləri haqqında seminarlar və təlimlər, velo-yürüşlər və mədəni-kütləvi tədbirlər təşkil edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB