Sabah hava yağmursuz olacaq PROQNOZ

Sabah hava yağmursuz olacaq PROQNOZ

"Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək". Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumatda bildirilib. Məlumata görə, dekabrın 26-da paytaxtda və yarımadada havanın temperaturu gecə 0-4, gündüz 6-11 dərəcə isti olacaq: "Ölkənin bölgələrində hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal edilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu mərkəzi aran rayonlarında gecə 0-4 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir".

Bütün xəbərlər Facebook səhifəmizdə