TUMİB rəsm sərgisinin açılışını keçirdi

TUMİB rəsm sərgisinin açılışını keçirdi

Dekabr ayının 24-də "LN" sərgi salonunda "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının texniki dəstəyi ilə "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" adlı layihəsi çərçivəsində yeniyetmə və gənclər arasında rəsm müsabiqələrinin qaliblərinin sərgisinin açılışını keçirib.

Yarışma dövlət himninin səslənməsi ilə başlanıb. Tədbiri açan "Türkiyə Universitetləri Məzunları"İctimai Birliyinin(TUMİB) sədri Çingiz Bayramov çıxış edərək, rəsm müsabiqəsinin qaliblərini təbrik edib. TUMİB sədri qeyd edib ki, bu gun həm də Prezidentimiz İlham Əliyevin ad günüdür. Bu münaibətlə tədbir iştirakçıları adından Prezidentimizi təbrik edib.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektor müdürü Qasımov Qalib, münsiflər heyətinin üzvü, Respublikanın əməkdar rəssamı Aydın Rəcəbov, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov və İncəsənət Gimnaziyasının direktor müavini Kəmalə Kərimova çıxış edərək Ulu Öndərimiz Heydər Əliyevin söylədiyi fikri rəhbər tutaraq keçirilmiş bu lahiyə "Mən fəxr edirəm Azərbaycanlıyam" yeniyetmə və gənclərimiz üçün bir vətənpərvərlik örnəyidir.

Müsabiqədə iki nominasiya üzrə 14-18 yaşlı yeniyetmələr və 18-29 arası gənclər mükafatlandırılıb. Daha sonra müsabiqə iştirakçıları diplomla təltif edilib.

Xatırladaq ki, rəsm sərgisi dekabr ayının 27–sinə qədər davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə