Samux rayonunun Qarabağlılar kəndində yeni məktəb binası istifadəyə verilib. SİA-nın bölgə müxbirinin məlumatına görə, açılış mərasimində çıxış edənlər son illər rayonda qəzalı vəziyyətdə olan 3 məktəb binasının yeniləndiyini bildiriblər. Qarabağlılar kənd orta məktəbi isə cari ildə istifadəyə verilən sayca 4-cü təhsil ocağıdır. 220 şagird yerlik məktəb 11 sinif otağından ibarətdir.
Qeyd edək ki, binada fənn kabinetləri, laboratoriyalar, kompyüter otağı, kitabxana, akt və idman zalları da yaradılıb. Bununla yanaşı qazanxana da inşa olunub.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB