"6 ildə 2000-ə yaxın beynəlxalq standart tətbiq ediləcək"

"Hazırda Azərbaycan ərazisində Bakı şəhəri yaxınlığında yeni Neft-qaz və Neft-kimya Kompleksinin inşası layihəsi çərçivəsində bu müəssisənin gələcək fəaliyyətinin təmin edilməsi üzrə standartların hazırlanmasına başlanılıb. Bununla bağlı, Sertifikatlaşdırma İnstitutu və Dövlət Neft Şirkəti arasında müvafiq razılaşma əldə olunub". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev deyib.

Onun sözlərinə görə, əldə olunan razılaşmanın əsas məqsədi kompleksin layihələndirilməsi, tikintisi və gələcəkdə istismarı zamanı istifadə olunacaq beynəlxalq standartların Azərbaycanda tətbiq edilməsi və milli standart kimi qəbul edilməsindən ibarətdir: "Razılaşmanın müddəti 6 il nəzərdə tutulub. Həmin müddət ərzində 2000-ə yaxın beynəlxalq standart Azərbaycan ərazisində milli standart kimi tətbiq olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...