"İnteqrasiya olunmuş idarəetmə sistemləri" mövzusunda seminar keçirilib FOTOLAR

"İnteqrasiya olunmuş idarəetmə sistemləri" mövzusunda seminar keçirilib FOTOLAR

Bu gün Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Britaniya Standartlar İnstitutunun (BSİ) birgə təşkilatçılığı ilə "İnteqrasiya olunmuş idarəetmə sistemləri" mövzusunda iki günlük seminar öz işinə başlayıb. SİA-nın məlumatına görə, seminarda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdiri Sabiq Abdullayev və BSİ-nin MDB ölkələri üzrə direktoru Dmitriy Yartsev və keyfiyyətli idarəetmə sistemləri üzrə britaniyalı mütəxəssislər iştirak ediblər.

İlk olaraq çıxış edən komitənin şöbə müdiri Sabiq Abdullayev bildirib ki, bugünkü seminarın keçirilməsində əsas məqsəd iştirakçılara dünyada mövcud olan keyfiyyət standartları və bu sahədə yeni yaradılan standartlar barəsində məlumatların verilməsidir: "Son illər bu sahədə bir çox mühüm islahatlar aparılır. Azərbaycan bu sahədə fəailiyyət göstərən bir sıra beynəlxalq təşkilatlarla əlaqələri günü-gündən genişləndirir. Bununla yanaşı, qida sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla da əməkdaşlığımız gücləndirilir".

BSİ-nin MDB ölkələri üzrə direktoru Dmitriy Yartsev çıxışı zamanı rəhbərlik etdiyi qurum haqqında məlumat verərək bildirib ki, BSİ 1901-ci ildə Londonda təsis olunub: "Təşkilat dünyada milli səviyyədə standartların qəbulunu həyata keçirən ilk qurumdur. Bununla yanaşı, təşkilatın dünya standartlarının qəbul edilməsində böyük rolu var. Təşkilat tərəfindən 60 % standart qəbul edilib. Bu günə qədər isə təşkilat tərəfindən 32, 980 standart hazırlanıb. Hazırda Azərbaycanla əlaqələrimiz zəifdir, ancaq inanıram ki, tezliklə əməkdaşlığımız güclənəcək".

Qeyd edək ki, seminar çərçivəsində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun təqdimatı da keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə