Cəlilabad şəhərinin sakini Musa Məmmədovun şəxsi təsərrüfatındakı qoyunlardan biri ikibaşlı quzu doğub.
Çətinliklə doğulan ikibaşlı quzu dünyaya göz açdıqdan bir neçə dəqiqə sonra ölüb.
Mütəxəssislərin fikrincə, bu kimi halların baş verməsi heyvanın mayalanması zamanı əmələ gəlmiş patoloji əlamətlərlə bağlıdır. Bu səbəbdən də normal doğulan heyvanların əksəriyyəti çox yaşamır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB