Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilati dəstəyi ilə tələbələr arasında "Gənc neftçilər", "Tibbi biliklər", "İqtisadi biliklər" , "Tarix" , "Psixologiya" və "Mən Azərbaycanı Tanıyıram" mövzularında olimpiadalar keçirilib.
SİA-nın məlumatına görə, Tələbələrarası I İqtisadi Biliklər Olimpiadası Azərbaycan Dövlət İqtisad Universitetinin TGT-si, Tələbələrarası I Tarix Olimpiadası AR Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının TGT-si, Tələbələrarası I Psixologiya Olimpiadası Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin TGT-si, Tələbələrarası I Tibbi Biliklər Olimpiadası Azərbaycan Tibb Universitetinin TGT-si, "Gənc Neftçilər" Tələbələrarası I Bilik Olimpiadası isə Bakı Ali Neft Məktəbi TGT-si, "Mən Azərbaycanı Tanıyıram" olimpiadası isə Naxçıvan Dövlət Universiteti TGT-sinin təşəbbüsü ilə həyata keçirilib.
Nəzərinizə çatdıraq ki, ilk dəfə tələbələr arasında bu cür müxtəlif mövzular əsasında və genişmiqyaslı keçirilən 6 olimpiadada 6000-ə yaxın tələbə iştirak edib. Olimpiadalarda tələbələrə paylanılmış test kitabçalarında 100 test tapşırığı olub.
Olimpiadaların keçirilməsində əsas məqsəd tələbələrin biliklərinin dərinləşdirilməsi, müxtəlif ixtisaslı tələbələrin digər sahələrə marağının artırılması və ümumi dünyagörüşlərinin zənginləşdirilməsidir.
Olimpiadalarda ilk üç yerin qalibləri müvafiq olaraq diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB