Azərbaycanda qeyri-dövlət pensiya fondları fəaliyyətə başlayacaq
"Azərbaycanda pensiya sisteminin inkişafına dair xüsusi konsepsiya layihəsi hazırlanıb və Dövlət Sosial Müdafiə Fondu tərəfindən hazırlanan sənəd artıq hökumətlə razılaşdırılaraq baxılmaq üçün Prezident Administrasiyasına təqdim olunub". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında DSMF-nin sədri Elman Mehdiyev deyib.
Onun sözlərinə görə, Konsepsiyada ölkədə qeyri-dövlət pensiya fondlarının yaradılması məsələsi də öz əksini tapıb: "Konsepsiya hazırlanarkən Dövlət Sosial Müdafiə Fondu beynəlxalq təcrübəni öyrənib. Hətta qlobal maliyyə böhranı fonunda dünyada müşahidə olunan sosial-iqtisadi tendensiyalar da nəzərə alınır. Dövlət Sosial Müdafiə Fondu bu istiqamətdə təkliflər üzərində çalışır. Fond tərəfindən hazırlanmış layihə Avropa Birliyi tərəfindən təsdiq olunur. İlk növbədə qeyri-dövlət pensiya fondlarının fəaliyyəti üçün bu pensiya fondlarına yığım, yığıma nəzarət, pensiyaların hesablanması və bu sahəyə dövlət nəzarəti qaydaları hazırlanmalıdır. Hazırda bu istiqamətdə iş aparılır".
DSMF sədri qeyd edib ki, bu sahədə müvafiq qanunvericilik aktları qəbul edildikdən və qaydalar təsdiqləndikdən sonra Azərbaycanda qeyri-dövlət pensiya fondları fəaliyyətə başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB