“Akkulturasiya: bilik menecmenti sisteminin qurulmasına aparan yol kimi”
Bu gün Bakıda "Akkulturasiya: bilik menecmenti sisteminin qurulmasına aparan yol kimi" kitabının təqdimatı baş tutub. SİA-nın məlumatına görə, kitab Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının təşkilati dəstəyi ilə həyata keçirilən "İnkulturasiya və akkulturasiya" beynəlxalq proqramları üzrə Workshop tədbiri ərzində həyata keçirilib "Biliklər cəmiyyətinin formalaşmasında gənclər siyasətinin və gənclərin rolu" mövzusunda Fokus-qrup araşdırmasının nəticələrinə həsr olunub.
Kitabın rəyçisi "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti prof. Fuad Məmmədov, ön sözün müəllifi isə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevdir.
Tədbirdə kitabın gənc alim və mütəxəssislər üçün xüsusi önəmi haqqında "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti prof. Fuad Məmmədov, Azərbaycan Gənclər Fondunun layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov, Azərbaycan Turizm Universitetinin I prorektoru Eldar Aslanov, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı Vüqar Bayramov çıxış ediblər.
Kitabda "İnkulturasiya və akkulturasiya" beynəlxalq proqramları üzrə WORKSHOP layihəsi çərçivəsində aparılmış araşdırma işləri də əks olunub. Belə ki, kitabda "Akkulturasiya və bilik menecmenti: qarşılıqlı asılılıq yanaşması" araşdırmasının, layihə iştirakçılarının "İntelektual kapital" mövzusuna həsr olunan məqalələri və Azərbaycanda ilk dəfə həyata keçirilib, pilot layihələr - "Biliklər cəmiyyəti və biliyə əsaslanan iqtisadiyyat" mövzusunda "Online strukturlaşdırılmış intervyu" araşdırması, "Fokus qrupların həyata keçirilməsi, nəticələrin analizi və təqdiamatı" üzrə master klass, "Gələcəyin ssenariləri: gələcəyin durumu indeksinin hazırlanması və performans idarəetməsi" tədqiqatı dərc olunub
Qeyd edək ki, tədbir gənc incəsənət ustalarının konsert proqramı ilə başa çatıb. Sonda xatirə şəkli çəkdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB