Xəzər dənizinin Su Bioresursları Komissiyasının 34-cü iclası öz işinə başlayıb

Xəzər dənizinin Su Bioresursları Komissiyasının 34-cü iclası öz işinə başlayıb

Bu gündən başlayaraq Rusiya Federasiyasının Həştərxan şəhərində Xəzər dənizinin Su Bioresursları Komissiyasının 34-cü iclası öz işinə başlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən məlumata görə, iclasda Xəzərətrafı ölkələrin balıqçılıq təsərrüfatı nazirliklərinin və komitələrinin rəhbər nümayəndə heyəti iştirak edir. Üç gün davam edəcək tədbirdə Azərbaycan nümayəndə heyətinə Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyev başçılıq edir.

Sessiyanın gündəliyinə ənənəvi xarakter daşıyan bir neçə məsələ qoyulub. İclasda Xəzəryanı ölkələr tərəfindən bioresurs ehtiyatlarının vəziyyəti, ümumi icazə verilən balıq ovu, balıqartırma və elmi məqsədlər üçün kvotaların mənimsənilməsi, həmçinin balıq ehtiyatlarının mühafizəsi üzrə məlumatlar təqdim olunur.

Sessiyada müzakirəsi nəzərdə tutulan əsas məsələlərdən biri də Xəzər dənizində nərə balıqlarının kommersiya ovuna moratoriumun tətbiq edilməsi haqqında Sazişin razılaşdırılması və Xəzər dənizinin Su Bioresursları Komissiyasının statusunun təsisatlararası səviyyədən yüksəldilərək hökumətlərarası status səviyyəsinə çatdırılmasında razılığın əldə edilməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə