Bu gün Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, axşam bəzi yerlərdə zəif duman olacaq. Gündüz mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu 7-10 dərəcə təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu 6-10 dərəcə, dağlarda 1-6 dərəcə isti olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB