Bu gün İmam Hüseynin şəhid edilməsinin 40-cı günüdür

Bu gün İmam Hüseynin şəhid edilməsinin 40-cı günüdür

Bu gün Hicri-qəməri tarixinin ikinci ayı yəni səfərin 20-i İmam Hüseynin (ə) Kərbəlada şəhid edilməsinin 40-cı günüdür. SİA-nın məlumatına görə, bu günü müsəlmaların əksəriyyəti matəm günü kimi qeyd edirlər.

Bu gün İslam tarixində bir çox hadisələr baş verib. İmam Hüseynin kəsilmiş mübarək başı dördüncü İmam Zeynülabidin (ə) vasitəsilə Kərbəlaya gətirilərək, onun mübarək cənazəsilə bir yerdə dəfn edilib. Tarixi sənədlərə əsasən, elə bu gündə İmam Hüseynin əsir edilmiş ailəsi Şamdan Kərbəlaya geri dönüblər. İmamın ailəsi bu gündə onun qəbrini ziyarət etməyə nail olublar və sonra isə Mədinəyə yola düşüblər.

İmam Hüseynin qırxı günündə peyğəmbərin (s) tanınmış səhabəsi Cabir ibni Abdullah Ənsari və digər səhabə Ətiyyə İmamı ziyarət ediblər.

Ərbəin günü üçün tövsiyə edilən ən savablı əməl İmamın qəbrini ziyarət etməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə