Sabah hava necə olacaq?

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam bəzi yerlərdə zəif duman olacağı ehtimal olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Deportamentindən SİA-ya verilən məlumata görə, havanın temperaturu gecə 0-3° isti, gündüz 7-10° isti, Bakıda gecə 1-3° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 80-85, gündüz 65-70 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə zəif qar yağacağı, duman olacağı ehtimalı var. Temperaturun gecə 8-13° şaxta, gündüz 1-6° şaxta olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperatur gecə 7-12° şaxta, gündüz 1-6° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında havanın əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Temperaturun gecə 1-6° şaxta, gündüz 4-8° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 2-7° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 0-5° şaxta, gündüz 6-10° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, səhər dağlarda duman olacağı ehtimal edilir. Temperatur gecə 0-3° isti, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 1-6° isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə