"İpək yolu sahibkarlığın inkişafına dəstək" İB-nin rəsmi açılışı olub
Bu gün "İpək yolu sahibkarlığın inkişafına dəstək" İctimai Birliyinin (SDİB) rəsmi açılış və təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə bir çox sahibkarlar, dövlət rəsmiləri, KİV nümayəndələri və başqaları iştirak ediblər.
Rəsmi hissə İctimai Birliyin tanıtım filminin nümayişi ilə başlayıb.
Daha sonra çıxış edən İB-nin sədri Rəşid Çulaqov bildirib ki, 2012-ci ildə təsis olunan qurumun hazırda 100-ə yaxın üzvü var: "Bununla yanaşı, İctimai Birlik 150-yə yaxın ölkənin iş adamları birliyi və iş adamları təşkilatları ilə əməkdaşlıq edir. Bugünkü təqdimat mərasimində bir çox Avropa ölkələrinin nümayəndə heyəti, Orta Asiyadan və Rusiyadan iş adamları, təşkilat nümayəndələri və yerli iş adamları daxil olmaqla 350 şirkət iştirak edir, 70-ə yaxın üzvümüzün tanıtım sərgisi açılıb".
R. Çulaqov onu da qeyd edib ki, əsas məqsəd yerli iş adamlarımızı xarici mütəxəssislərlə yaxından tanış etmək və iqtisadiyyatımızı daha gücləndirməkdir: "Prezident İlham Əliyevin təşəbbüsü ilə son illərdə Azərbaycanda sahibkarlığın inkişafı üçün mühüm tədbirlər həyata keçirilir. Biz də bu tədbirlərə öz töhfəmizi vermək üçün daim çalışırıq, çünki hər şey ölkəmizin inkişafı üçündür".
Millət vəkili Ziyad Səmədzadə çıxışında vurğulayıb ki, birliyin məhz İpək Yolunun adı ilə bağlı olması heç də təsadüfi deyil: "Son 10 ildə Azərbaycanın iqtisadi potensialı 3-4 dəfə artıb. Sahibkarların işlərinə yönələn belə ictimai birliklərin fəaliyyətlərini daha təkmilləşdirməli və onlara lazımi şərait yaradılmalıdır".
TUSKON şirkətlər qrupunun rəhbəri Rızanur Meral Azərbaycanla Türkiyə əlaqələrindən danışaraq bildirib ki, qardaş ölkə arasında bir çox sahələrdə olduğu kimi, iqtisadi sahədə də müsbət irəliləyişlər mövcuddur: "İnanıram ki, əlaqələrimiz bundan sonra da ardıcıl şəkildə davam edəcək".
Qeyd edək ki, mükafatlandırma mərasimindən sonra "İpək Yolu" SİDİB ASK və TUSKON-la əməkdaşlıq imzayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB