Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Qobustan həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan həbsxanasında saxlanılan 1991-ci il təvəllüdlü Mingəçevir sakini, Cinayət Məcəlləsinin 126.2.4; 317-2 və 66.3 maddələri ilə təqsirli bilinərək 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilən Nurlan Azər oğlu Sadıxzadənin yanına gəlmiş tanışı, 1989-cu il təvəllüdlü, Bakı şəhər sakini Anar Mehman oğlu Bayramovun üzərinə və gətirdiyi sovqata baxış keçirilib.
Bu zaman böyürtkən mürəbbəsi olan bankanın içərisində yerləşdirilərək gizlədilmiş ümumi xalis çəkisi 40,438 qram olan narkotik maddə - "tiryək" aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB