Bakıda “Soyuq əllər, isti ürək” adlı Yeni il xeyriyyə yarmarkası başa çatıb
Xəbər verdiyimiz ki, Azərbaycanın aparıcı və dəbli "Nargis" jurnalının təşkilatçılığı ilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi yaxınlığında quraşdırılmış balaca taxta evlərdə "Soyuq əllər, isti ürək" adlı Yeni il xeyriyyə yarmarkasını təşkil edilib.
Dekabrın 20-də yarmarkanın təntənəli bağlanış mərasimi keçirilib. Yarmarkadan əldə olunan vəsait 3 nömrəli internat məktəbinin hesabına köçürüləcək. Yarmarkaya gələn şəhər sakinləri və qonaqlar bayram ab-havasından zövq alıb, Jan Atelier, Lilak, Carrousel, Ali&Nino və digər brendlərdən hədiyyələrini əldə edib, Yeni il qabağı əsl sürprizlə qarşılaşıblar.
Yarmarkada 3 nömrəli internatda tərbiyə alan uşaqların da əl işləri satışa çıxarılıb.
Buraya gələnləri suvenirlərin əldə olunması və ləziz yeməklərdən əlavə, Azərbaycanın tanınmış yazıçılarının avtoqraf-sessiyası, uşaqlar və böyüklər üçün müxtəlif əyləncələr və əlbəttə, Şaxta baba ilə Qar qız da qarşılayıblar. Qonaqlar hər gün Yeni il hitlərindən həzz alıb, isti şokolad içib və "Nargis" jurnalının tərəfdaşları tərəfindən təşkil olunan əyləncələrə qoşulublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB