İctimai nəqliyyat vasitələrinin sürücülərinə qarşı reyd keçirilib FOTO
Gəncədə ictimai nəqliyyat vasitələrinin sürücülərinə qarşı reyd keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, yol polisi ilə nəqliyyat departamentinin müfəttişlərinin birgə apardığı yoxlamalar zamanı sənədsiz avtobus və mikroavtobus idarə edən xeyli sayda sürücü aşkarlanıb. Belə nəqliyyat vasitələri cərimə meydançasına aparılıb. Bir çox sürücülər isə sərnişindaşıma qaydalarına əməl etmədiyi üçün inzibati qaydada cərimələnib. Yoxlamalar zamanı məlum olub ki sükan arxasında əyləşən əksər gənc sürücülərin avtomobili idarə etmək üçün hüquqi vəsiqəsi yoxdur. Avtomobilləri cərimə meydançasına aparılan sürücülər müxtəlif yollarla özlərinə haqq qazandırmağa çalışıblar. Hətta bəziləri intihar etməkdən belə çəkinməyib. Ancaq qaldırılan iddialar heç nəyi dəyişməyib. Ümumilikdə şəhərin müxtəlif ərazilərində aparılan yoxlamalar zamanı 10-a yaxın avtomobil cərimə meydançasına aparılıb. 20 dən çox ictimai nəqliyyat vasitəsinin sürücüsünə isə inzibati protokol yazılıb.

İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB