Azərbaycan nümayəndə heyəti Həştərxana səfər edib FOTOLAR

Həştərxanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və vilayətin qubernatoru Aleksandr Jilkin arasında görüş olub
Azərbaycan nümayəndə heyəti Həştərxana səfər edib FOTOLAR

Bu gün Həştərxanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin arasında görüş olub. SİA-nın azərtac-a istinadən verdiyi məlumata görə, qubernator Aleksandr Jilkin Azərbaycan Prezidenti İlham Əliyevin Həştərxan vilayətinə göstərdiyi böyük diqqətə görə minnətdarlığını bildirib. O qeyd edib ki, Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxanda böyük layihələr həyata keçirilib. A. Jilkin deyib: "Bu gün də Heydər Əliyev Fondunun dəstəyi ilə təntənəli tədbirlər həyata keçiriləcəkdir".

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qubernator Aleksandr Jilkinin Azərbaycan-Rusiya münasibətlərinin inkişafına töhfəsini yüksək qiymətləndirərək qeyd edib ki, Heydər Əliyev Fondu Həştərxanda bir sıra layihələr həyata keçirib, bu gün knyaz Vladimirin abidəsinin açılışı, habelə yeni uşaq bağçasının təməlqoyma mərasimi keçiriləcəkdir.

Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, habelə Həştərxan vilayətindəki Azərbaycan diasporunun rəhbərləri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə