Bu gün Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi (AQUPDK) Belarus Respublikası ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində "Gender bərabərliyinin təmini və qadınların irəli çəkilməsi" mövzusuna həsr edilən dəyirmi masa keçirib. SİA-nın məlumatına görə tədbirdə AQUPDK sədri Hicran Hüseynova, millət vəkililləri Gülçöhrə Məmmədova, Aqiyə Naxçıvanlı, Səbail rayon İcra Hakimiyyətinin başçısının müavini Xalidə Bayramova Belarus dövlət nümayəndələri və digərləri iştirak ediblər.
Tədbirdə ilk çıxış edən Hicran Hüseynova qonaqları salamlayaraq bildirib ki, Belarusun bu sahə ilə bağlı müvafiq qurumları ilə komitə arasında iki illik memorandum imzalanıb və bu sənəd çərçivəsində sıx əməkdaşlıq edilir: "Belarusun qadın təşkilatları ilə iki il ərzində həm ailə, həm uşaq hüquqlarının qorunması və digər məsələlərlə bağlı birgə fəaliyyət həyata keçirilir. Biz çox şadıq ki, bu tədbirdə Belarusdan dövlət nümayəndələri iştirak edir. Bu, iki ölkə arasında olan münasibətlərin güclü olmasını göstərir. Bu çərçivədə biz qadınlar da öz əməkdaşlığımızla dostluq əlaqələrimizə öz töhfələrimizi vermək istəyirik. Biz bir-birimizin təcrübəsini öyrənməyi, bir çox məsələlərlə bağlı fikir mübadiləsi aparmağı qərarar almışıq. Azərbaycan bu istiqamətdə bir çox ölkələr üçün nümunədir. Ona görə ki, bir çox ölkələrdən fərqli olaraq ölkəmizdə ailə, qadın və uşaq problemləri ilə məşğul olan dövlət səviyyəli bir qurum var. MDB də bu cür qurum demək olar k, lap azdır. Biz də onlarla əməkdaşlıq etməyə, QHT-lərimiz arasında əməkdaşlıqların yaradılmasına maraqlıyıq. Gələcəkdə də biz bu əməkdaşlığı gücləndirəcəyik".
Daha sonra çıxış edən "Belarus Qadınlar Cəmiyyəti" İctimai Birliyinin həmtəsisçisi Morova Antonina Petrovna ölkələrində bu sahə ilə bağlı əldə olunan nailiyyət və problemlərdən danışıb: "Gender məsələsi çox mühüm məsələdir və bir çox ölkələrdə gender hüquqları ilə bağlı müəyyən problemlər hələ də qalır".
Tədbirdə çıxış edən millət vəkili Gülçöhrə Məmmədova vurğulayıb ki, Azərbaycanda hər zaman qadına, analara dərin hörmət və diqqət bəslənilib və bu münasibət bu gün də davam edir.
Millət vəkili Aqiyə Naxçıvanlı isə çıxışında Azərbaycan- Belarus münasibətlərinə toxunub. O, iki ölkə arasında münasibətləri yüksək qiymətləndirərək vurğulayıb ki, Azərbaycanın MDB məkanında sıx əməkdaşlıq, dostluq etdiyi ölkələrdən biri Belarusdur.
Daha sonra tədbir müzakirələr əsasında davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB