Yaponiya səfiri qərb bölgəsində səfərdədir FOTO

Yaponiya səfiri qərb bölgəsində səfərdədir FOTO

Yaponiya hökumətinin "Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı" proqramı çərçivəsində Şəmkirin Sabirkənd kəndində tibb məntəqəsinin tikintisi layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçirilib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, qrant müqaviləsini Yaponiya tərəfdən bu ölkənin Azərbaycandakı səfiri Tsuquo Takahaşe və Azərbaycan tərəfdən "Lider Qadınlar Sosial İctimai Birliyi" nin sədri, millət vəkili Məlahət İbrahimqızı imzalayıb. Layihənin əsas məqsədi Sabirkənddə yeni tibb məntəqəsi tikməklə həmin kəndin və ona qonşu olan digər 3 yaşayış məntəqəsinin sakinlərinə göstəriləcək tibbi xidmətin keyfiyyətini yaxşılaşır. Ümumi dəyəri 120.506 ABŞ dolları olan məntəqə 19 minə yaxın sakinə xidmət göstərəcək.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə