Lənkəran şəhərinin Heydər Əliyev Mərkəzində Ailə, Qadın, və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və UNİCEF-in təşkilatçılığı ilə erkən nikahlarla bağlı tədbir keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, yerli icra strukturları nümayəndələrinin, polis əməkdaşlarının, din xadimlərinin, səhiyyə və təhsil işçilərinin, ictimaiyyət fəallarının iştirak etdikləri tədbirdə çıxış edən AQUPDK-nin nümayəndəsi Pərviz Əliyev bildirib ki, erkən nikah hallarının azaldılması məqsədilə yerli səviyyədə dövlət qurumlarının qarşılıqlı fəaliyyətinin gücləndirilməsi istiqamətində Ailə, Qadın, və Uşaq Problemləri üzrə Dövlət Komitəsi UNİCEF-lə birgə Lənkəran və Masallı rayonları üzrə 9 kənddə maarifləndirmə tədbirləri həyata keçirib. Erkən nikahlar uşaqların təhsildən yayınmasına, yeni doğulan uşağın sağlamlığın təsir göstərir. Komitəyə müraciət edən problemli ailələrin əksəriyyəti elə erkən yaşda ailə quranlardır. Onların çoxları rəsmi nikaha daxil ola bilmədiklərindən sənəd işlərində problem yaranır.
Komitə rəsmisinin sözlərinə görə, 2011-ci ildə Cinayət Məcəlləsində bu problemlə bağlı maddəyə dəyişiklik edilib və həmin maddəyə əsasən valideyn qızlarını erkən nikaha cəlb edərsə, bu artıq cinayət məsuliyyəti yaradır.
Sonda bildirilib ki, 2012-2013-cü illərdə Lənkəran və Masallının 9 yaşayış məntəqəsində keçirilən maarifləndirmə tədbirləri nəticəsində həmin kəndlərdə indiyədək erkən nikah halları qeydə alınmayıb.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB