Gürcüstan Nizami Gəncəvi Beynəlxalq Mərkəzində təmsil olunacaq

Gürcüstan Nizami Gəncəvi Beynəlxalq Mərkəzində təmsil olunacaq

Gürcüstan Respublikasının sabiq prezidenti (2004-2013) Mixail Saakaşvili Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri sırasına qoşulub. Diaporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Sabiq dövlət başçılarının təmsil olunduğu Mərkəzə cari ilin noyabrında isə Rumıniyanın sabiq prezidenti (1996-2000) Emil Konstantinesku, Serbiyanın sabiq prezidenti (2004-2012) Boris Tadic, Estoniyanın sabiq prezidenti (2001-2006) Arnold Ruutel, Latviyanın sabiq prezidenti (2007-2011) Valdis Zatlers üzv olublar. Hal-hazırda Mərkəzin sıralarında dünyanın 14 sabiq ölkə başçısı təmsil olunur.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 30 sentyabr 2012-ci il tarixində Gəncə şəhərində Latviya Respublikasının sabiq prezidenti xanım Vaira Vike-Freiberga və İsgəndəriyyə Kitabxanasının direktoru, Dünya Bankının sabiq I vitse-prezidenti cənab İsmail Serageldinin rəhbərliyi ilə dünyanın bir qrup tanınmış ictimai və siyasi xadimləri tərəfindən yaradılmışdır. Mərkəzin fəaliyyətinin prioritetini Azərbaycan xalqının dahi şairi Nizami Gəncəvi irsinin dünyada tanınması və təbliği təşkil edir. Mərkəz tərəfindən görülmüş işlər və həyata keçirilmiş tədbirlər YUNESKO tərəfindən yüksək qiymətləndirilərək türk, yunan, hind, fars və kürd xalqları arasında dialoqun qurulmasında önəmli rol oynadığı vurğulanılır.

Bütün xəbərlər Facebook səhifəmizdə