Kiyevdə azərbaycanlının müəllif olduğu kitabın təqdimatı olub

Kiyevdə azərbaycanlının müəllif olduğu kitabın təqdimatı olub

Kiyev Milli Dilçilik Universitetində Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələri üçün hazırlanmış "Elm və din" adlı kitabın təqdimatı olub. Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə elmi və ədəbi ictimaiyyətinin nümayəndələri, Ukrayna milli azlıqlar ictimai təşkilatlarının sədrləri, diplomatlar və jurnalistlər, tələbə və gənclər iştirak edib.

Tədbiri Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev giriş sözü ilə açaraq müəllifləri təbrik edib. O, bu kitabın praktik əhəmiyyəti və müəllifləri barədə məlumat verib.

Kitabın müəllifləri– fəlsəfə elmləri doktoru, belorusiyalı professor Anatoliy Qirutskiy və azərbaycanlı professor Rafiq Novruzov öz çıxışlarında təşkilatçılara onların əməyinə diqqət və ehtiram göstərdikləri üçün təşəkkür edib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Ukraynadakı səfirinin birinci katibi Asim Osmanov, "Ukrayna Azərbaycanlı Gənclər Birliyinin" sədri Anar Tahirov, filologiya elmləri doktoru, şərq filologiyası kafedrasının professoru Oleq Kşişanovskiy, Şərqşünaslıq fakültəsinin dekanı Serqey Sorokin, "Ukrayna Yəhudi Fondunun" sədri Arkadiy Monastırskiy, "Russkaya sobraniya"təşkilatının sədri Alla Potapova və başqaları kitabın konseptual orijinallığından bəhs edb və müəlliflərin işini iki vektorun - Şərq və Qərb vektorlarının dostluq səlnaməsi kimi qiymətləndiriblər. Kitab tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Qeyd edək ki, "Elm və din" kitabında ilahiyyatda və elmdə ikili həqiqətin nəzəriyyələrinə baxılır, yeni biliyin tətbiqinin perspektivləri nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə