Lənkəran Tibb Kollecində maarifləndirici tədbir keçirilib

Lənkəran Tibb Kollecində maarifləndirici tədbir keçirilib

Dekabrın 18-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi Lənkəran Tibb Kollecində "Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanmasında ictimaiyyətin rolu" mövzusunda maarifləndirici tədbir keçirib. SİA-nın Cənub bürosunun məlumatına görə, Lənkəran Tibb Kollecinin direktoru İqbal Əmənullayev FHN-nin bölgədə fəaliyyət göstərən qurumları tərəfindən müxtəlif təyinatlı idarə və müəssisələrdə əhalinin, xüsusən gənclərin maarifləndirilməsi məqsədilə mütəmadi olaraq keçirilən tədbirləri yüksək qiymətləndirib.

Sonra "Evlərin və mənzillərin texnogen qəzalara hazırlanması", "Qaz cihazlarının istismarı zamanı təhlükəsizlik tədbirləri və karbon monoksid zəhərlənməsi zamanı ilk yardım", "112 zəng mərkəzinə hansı hallarda zəng etmək lazımdır?", "Yanğınların səbəbləri və yanğına qarşı mübarizə metodları", "Fövqəladə hadisələrə mənəvi-psixoloji hazırlıq" mövzularında məruzələr dinlənilib.

Tədbir zamanı FHN-nin Cənub Regional Mərkəzi ilə rayon ərazisində fəaliyyət göstərən idarə və müəssisələr arasında sıx qarşılıqlı əlaqələrin vacibliyi qeyd olunub.

Sonda "Hansı hallarda 112 zəng mərkəzi ilə əlaqə saxlamaq lazımdır?", "Yanğın təhlükəsizlik qaydalarına hamı əməl etməlidir", "Təbii qazdan istifadə etdikdə ehtiyatlı olun!" və "Zəlzələ vaxtı, ondan əvvəl və sonra özünə və başqalarına kömək etməyi bacar" mövzularında hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanıb, "Qaz cihazlarının istismarı zamanı təhlükəsizlik tədbirləri" və "Dəm qazından zəhərlənmə hallarının yaranma səbəbləri"nə dair video materiallar nümayiş etdirilib, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə