Sabah temperatur 0 dərəcə olacaq

"Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və gecə bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, dekabrın 20-də paytaxtda və yarımadada havanın temperaturu gecə 0 dərəcəyə yaxın, gündüz 5-9 dərəcə isti olacaq.

Məlumata əsasən, həftənin cümə günü ölkənin bölgələrində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir: "Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5 şaxta, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 7-12, yüksək dağlıq ərazilərdə 15-18 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı proqnozlaşdırılır".

Tibbi meteoroloji proqnoza əsasən, dekabrın 20-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə