Kənd təsərrüfatı naziri Heydər Əsədov FAO-nun Desentralizasiyaya Dəstək Ofisinin işçisi Simone Borelli və FAO-nun Siyasət və Proqramlara Dəstək Bölməsinin əməkdaşı Nadin Valla ilə görüş keçirib. SİA-ya verilən məlumata görə, görüşün məqsədi FAO-nun Bakıda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin açılması ilə bağlı fikir mübadiləsinin aparılmasından və tərəflərin öhdəliklərinin müzakirəsindən ibarət olub.
FAO nümayəndələrini salamlayan nazir Heydər Əsədov FAO-nun indiyədək Azərbaycan Respublikası Hökuməti ilə birgə həyata keçirdiyi layihə və proqramlarının ölkədə ərzaq təhlükəsizliyinin gücləndirilməsinə və kənd təsərrüfatının inkişafına verdiyi töhfəni yüksək qiymətləndirdiyini bildirib. O, gələcəkdə FAO ilə əməkdaşlığın yeni formatda və daha intensiv qaydada həyata keçirilməsinin vacibliyini vurğulayıb. Nazir həmçinin beynəlxalq təcrübənin və nou-haunun Azərbaycana ötürülməsində FAO-nun mühüm rol oynaya biləcəyini bildirib.
FAO nümayəndələri əməkdaşlığın yeni müstəvidə davam etdirilməsinə və təşkilatın Azərbaycanın kənd təsərrüfatı sahəsindəki ehtiyaclarının qarşılanmasına hazır olduqlarını diqqətə çatdırıblar. Həmçinin Azərbaycanın FAO tərəfindən yeni tərəfdaş kimi nəzərdən keçirildiyini bildiriblər.
Daha sonra tərəflər FAO-nun Bakıda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin açılması ilə bağlı öhdəlikləri və texniki təfsilatları müzakirə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB