"İnformasiya əldə etmək hüququ və açıq cəmiyyət" mövzusunda konfrans keçirilir

"İnformasiya əldə etmək hüququ və açıq cəmiyyət" mövzusunda konfrans keçirilir

Bu gün Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun təşkilatıçlığı ilə "İnformasiya əldə etmək hüququ və açıq cəmiyyət" mövzusunda konfrans keçirilir. SİA-nın məlumatına görə, tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, Ombudsman Elmira Süleymanova, Mətbuat Şurasının sədri Əflatun Amaşov, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, millət vəkili Fazil Mustafa dövlət qurumlarının mətbuat katibləri, agentlik və qəzet kapitanları iştirak edirlər.

İlk çıxış edən Vüqar Səfərli bildirib ki, bu sahədə Fond tərəfindən mütəmadi işlər həyata keçirilir: "İndiyə qədər bir neçə rayonda bu istiqamətdə tədbirlər keçirilib. Bundan əlavə, Fond tərəfindən mütəmadi olaraq junalistlər aarasında yazı müsabiqəsi həyata keçirilir və bu məsələlər həmin yazılarda öz əksini tapmış olur".

Daha sonra çıxış edən İnsan Haqları Üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova bildirib ki, informasiya almaq mühüm faktordur: "İnformasiya daşıyıcıları bilməlidirlər ki, onlar məlumatı operativ, dəqiq və qərəzsiz çatdırmalıdırlar. Həmçinin informasiya verən şəxs də eyni tərzdə bilməlidir ki, informasiya verərkən dəqiq, operativ qərəzsiz olmalı, şəxsiyyətə toxunan məlumatlar verməməlidirlər. Biz Ombudsman olaraq ölkənin 58 rayonunda müxtəlif tədbirlər həyata keçirib, maarifləndirmə işləri aparırıq. Əsas istiqamətlərimizdən biri də məhz informasiya əldə etmək və onu cəmiyyətə təqdim etməklə bağlıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə