Yeni İlə yeni uşaq mahnıları ilə

ELS Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyi “Yeni uşaq mahnıları - 2013” Ümumrespublika Mahnı Müsabiqəsinin yekun konsertini keçirir
Yeni İlə yeni uşaq mahnıları ilə

Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "ELS" Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyinin 2013-cü il iyunun 1-dən Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi" layihəsi çərçivəsində start verdiyi "Yeni uşaq mahnıları - 2013" Ümumrespublika Müsabiqəsinin yekun konsertini keçirəcək.

SİA-nın məlumatına görə, tədbirdə layihənin təqdimatı, qalib mahnıların mükafatlandırılması və səsləndirilməsi nəzərdə tutulub. Gecədə Azərbaycan Dövlət Televiziyası ASC-nin Əfsər Cavanşirov adına "Bənövşə" Uşaq Teatrı, Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının "Cücələrim" mahnı və rəqs ansamblı, "Təbəssüm" Teatrı, Nizami rayon Uşaq Yaradıcılıq Mərkəzinin "Azəri inciləri" kollektivi və digər uşaq kollektivləri səhnədə Azərbaycanın milli rəqsləri, dillər əzbəri olmuş uşaq mahnıları və "Yeni uşaq mahnıları-2013" müsabiqəsinin qalib-mahnılarını ifa edəcəklər.

Qeyd edək ki, gecədə bir çox dövlət strukturları və beynəlxalq təşkilatların, o cümlədən Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Bəstəkarlar İttifaqı, Yazıçılar Birliyi, Mədəniyyət Nazirliyi, YUNESKO, YUNİSEF və s. nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə