Azərbaycanda hər 9 nəfərdən biri öz yurd-yuvasından didərgin düşüb
"Bu gün Azərbaycanda qaçqın statusu alan və almaq istəyən 1,7 min insan var". SİA-nın məlumatına görə, bunu Nazirlər Kabineti Aparatının qaçqınların və məcburi köçkünlərin miqrasiya problemləri şöbəsinin müdir müavini Telman Məmmədov deyib.
Onun sözlərinə görə, əvvəllər bu insanların sayı 11 min nəfər olub: "Azərbaycanda hər 9 nəfərdən biri öz yurd-yuvasından didərgin düşüb ki, bu göstəricinin dünyada analoqu yoxdur".
T.Məmmədov bildirib ki, Azərbaycan torpaqlarının işğalı nəticəsində İranla sərhədin müəyyən hissəsi nəzarətsiz qalıb, bu ərazilərdən narkotik daşınır və beynəlxalq qurumlar bu sahədə Azərbaycana yardım etməlidirlər.
T.Məmmədov qeyd edib ki, 1996-2013-cü illərdə sığınacaq istəyən 2 min 363 nəfər Azərbaycandan üçüncü ölkələrə, əsasən ABŞ və Avropaya göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB