Ölkəmizdə 2 milyon 539 min 700 uşaq var

Ölkədə 2 milyon 539 min 700 uşaq var. SİA-nın məlumatına görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin müdir müavini Pərviz Əliyev Valideyn qayğısı-Uşaqların Təhlükəsizliyi"mövzusunda keçirilən tədbirdə çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, 2007-2012-ci illərdə təbii və texnogen xarakterli hadisələrdə 61 uşaq həlak olub: "2006-2012-ci illərdə çimərlik mövsümlərində 79 uşaq suda batıb, 471 uşaq xilas edilib. 2012-ci ildə yanğınlar zamanı 150 uşaq təxliyə olunub. 2011-ci ildə yol nəqliyyat hadisələri zamanı 76 uşaq, 2012-ci ildə 79, 2013-cü ildə 77 uşaq həlak olub".

Bütün xəbərlər Facebook səhifəmizdə