"Planetdə baş verən fövqəlada halların sayı son 20 ildə 2 dəfə artıb. 20 ildə fövqəlada hallar zamanı 3 milyon insan həyatını itirib ki, onlardan da 1 milyonu uşaq olub". SİA-nın məlumatına görə, bu barədə Fövqəlada Hallar Nazirliyi Halların Xəbərdar Edilməsi Baş İdarəsinin Fövqəladə halların monitorinqi və xəbərdar edilməsi İdarəsinin rəisi Məhbubə Mustafayeva uşaq hüuqlarının müdafiəsi ilə bağlı keçirilən tədbirdə çıxış edərkən məlumat verib.
Onun sözlərinə görə, 2012-ci ildə müxtəlif səbəblər üzündən 1yaşdan 14 yaşınadək 189 uşaq həyatını itirib, onlardan 106-sı 5-14 yaşında, 65-i 1-4 yaşında, 18-si isə 1yaşınadək uşaqlar olub.
O vurğulayıb ki, ölüm hallarının 64-ü yol qəzası nəticəsində, 14-ü su hövzələrində, 37-si isə boğulma və cərəyanvurma halları ilə bağlı olub: "BMT Uşaq Fondu, Dünya Səhiyyə Təşkilatının statistikasına görə, hər gün dünyada 2200 uşaq avtomabil qəzasında dünyasını dəyişir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB