Məsuliyyətsiz valideynlər cərimə oluna bilər AÇIQLAMA

Məsuliyyətsiz valideynlər cərimə oluna bilər AÇIQLAMA

Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi valideyn məsuliyyətinin artırılması ilə bağlı təkliflər paketi hazırlayıb. SİA-nın məlumatına görə, bu barədə komitənin sədr müavini Aynur Sofiyeva jurnalistlərə verdiyi açıqlamasında deyib.

Onun sözlərinə görə, təkliflər paketinə uşaqların hüquqlarının müdafiəsi istiqamətində bir sıra məsələlər daxil edilib: "Təkliflər paketində küçə uşaqları, erkən nigah, uşaqların təhsildən yayınması, təbii və texnogen xarakterli hadisələrdə uşaqların zərərçəkməsi kimi məsələlər öz əksini tapıb. Bu hallarla bağlı araşdırmalara baxdiqda görürük ki, hadisələrin əksəriyyəti valideyn məsuliyyətsizliyinə görə baş verib. Düzdür, qanunvericiliyimizdə Ailə, İnzibati Xətalar Məcəlləsində bu kimi məsələlər öz əksini tapıb. Lakin görünür ki, qanunvericilkdə valideyn məsuliyətinin artırlmasına ehtiyac var ki, onlar öz məsuliyyətlərini hiss etsinlər. Problem təkcə qanunvericiklə həll edilə bilməz".

A.Sofiyeva həmçinin bildirib ki, İnzibati Xətalar Məcəlləsində məsuliyyətsiz valideynlərlə bağlı cərimələr də tətbiq edilə bilər: "Xarici ölkələrə baxsaq, bir sıra ölkələrdə bu cür validynlər üçün cərimələr tətbiq olunur. Biz də buna çalışırıq və yəqin ki, nəticəsini görəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə