Beynəlxalq Miqrasiya Təşkilatı: "Azərbaycanın miqrasiya prosesində tranzit rolu artır”
"Xarici ölkə vətəndaşlarının Azərbaycana miqrant qismində gəlməsi halları xeyli artıb". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbər əvəzi Serhan Aktoprak deyib.
S. Aktoprak bildirib ki, bu sahədə Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu sahədə birgə fəaliyyəti vacibdir: "Miqrasiya prosesi zamanı insan alveri, insan qaçaqmalçılığı kimi problemlər ortaya çıxır. Bu sahədə müvafiq dövlət qurumlarının, digər dövlətlərin, Beynəlxalq Miqrasiya Təşkilatının birgə fəaliyyəti belə problemlərin aradan qaldırılmasında əsas rol oynayır. Düşünürəm ki, Azərbaycanın Miqrasiya Məcəlləsinin təkmilləşdirilməsinə ehtiyac var. Miqrasiya Məcəlləsinin qəbulu miqrasiya sahəsindəki proseslərin tənzimlənməsi yönündə böyük addımdır, lakin zaman keçdikcə təkmilləşdirilməlidir. Miqrasiya ölkədaxili və ölkələr arasında baş verən prosesdir. Hər iki halda miqrasiya prosesinin tənzimlənməsini bir dövlət təklikdə həyata keçirə bilməz, digər dövlətlərin, BMT-nin və müvafiq qurumların birgə fəaliyyəti zəruridir".
S. Aktoprak müstəqilliyinin ilk illərində miqrantlarla bağlı Azərbaycanın mənşə ölkə olduğunu, ancaq artıq bu durumun dəyişdiyini, Azərbaycanın gücləndiyini bildirib: "Hətta əvvəlki illərdə Rusiyaya gedən Azərbaycan vətəndaşları ölkəyə geri dönərsə belə, Azərbaycan ciddi problemlə üzləşməyəcək. Azərbaycanın nəqliyyat infrastrukturu inkişaf etdikcə, ölkənin miqrasiya prosesində tranzit rolu da artır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB