Brüsseldə Həmrəylik Günü ilə bağlı tədbir keçirilib FOTOLAR

Brüsseldə Həmrəylik Günü ilə bağlı tədbir keçirilib FOTOLAR

Brüsseldə Avropada Azərbaycanlı Təcrübəçilər Təşkilatı tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycanın Belçika, Lüksemburq və Avropa İttifaqı yanında səfirliyinin, Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin, həmçinin ARDNŞ-nin Belçika nümayəndəliyinin əməkdaşları, Avropa Parlamentində və digər beynəlxalq qurumlarda təcrübə keçən azərbaycanlı gənclər, eləcə də Belçikada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbirdə həmçinin Avropa Parlamentinin sabiq üzvü, "Yaşıllar Partiyası"ndan seçilmiş ilk avroparlamentari Frank Şvalba-Hot da iştirak edib.

Görüş zamanı azərbaycanlı gənclər və diplomatlar yaxından tanış olmaq, Belçi-kada təhsil və iş təcrübəsi ilə bağlı fikirlərini paylaşmaq imkanı qazanıblar.

Qeyd edək ki, tədbir ARDNŞ-nin sponsorluğu ilə baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə