Gəncədə yeni taksafonlar quraşdırılır FOTO

Gəncədə yeni taksafonlar quraşdırılır FOTO

Gəncədə insanların sıx toplaşdığı ticarət obyektlərində, təhsil və səhiyyə müəssələrinin qarşısında müasir elektron köşklər quraşdırılıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, köşklər özündə taksofon və kompüterin funksiyalarını birləşdirir. Multimediyalı taksofonlar vasitəsilə xidmətlərin göstərilməsi həm iri əskisnaslardan və qəpiklərdən istifadə etməklə, həm də operatorun taksofon kartlarının köməyi ilə həyata keçirilir. Qurğu Bluetooth və USB portları ilə də təchiz olunub. Adi telefon xidmətləri ilə yanaşı qurğu yerli, şəhərlərarası və beynəlxalq rabitəni təmin edir, internet şəbəkəsinə çıxmağa, elektron poçt göndərməyə, videoçarxlara baxmağa imkan verir.

Qeyd edək ki, elektron köşklərin quraşdırılması işləri davam etdirilir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə