15 yaşı tamam olmamış vətəndaşa fərdi identifikasiya kartı veriləcək
Milli Məclisin bu gün keçirilən iclasında "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında" yeni hazırlanan qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. SİA-nın məlumatına görə, 8 maddədən ibarət olan yeni qanun 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşına fərdi identifikasiya kartının verilməsi, dəyişdirilməsi, müvəqqəti alınması, təhvil verilməsi və qüvvədən düşmüş hesab edilməsi ilə bağlı yaranan münasibətləri tənzimləyir.
Qeyd edək ki, qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunduqdan sonra, səsə qoyularaq üçüncü oxunuşda da qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB